Rusiyada korrupsionerlərdən rüşvət və əmlak şəklində müsadirə edilən 400 milyard rubl (təxm. 8 milyard 400 min man) izsiz yoxa çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dövlət Dumasının deputatı Sergey Obuxov bildirib ki, Rusiyada korrupsiyaya uğramış məmurlardan müsadirə edilən 400 milyard rubla yaxın vəsait “itirilib”.
O, şöbələrin hesabatlarını təhlil edib və nəhəng bir çatışmazlıq aşkar edib.
Hesablama Palatası bildirib ki, “bütün aktivlər satılmır” – qanun bunu tələb etmir.
Baş Prokurorluq 504 milyard, Maliyyə Nazirliyi və Hesablama Palatası isə cəmi 122 və 114 milyard daxilolma qeydə alıb.
Xuraman Etibarlı
İnterpress.az