Avropa Parlamenti AfD-dən olan deputat Peter Bıstronu toxunulmazlıqdan məhrum edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Deutsche Welle” (DW) məlumat yayıb.
Avropa Parlamenti Rusiyanın xeyrinə fəaliyyət göstərən rusiyapərəst deputatın toxunulmazlığını ləğv edib.
“Avropa Parlamenti Almaniya üçün Alternativ Partiyasının (AfD) üzvü Peter Bıstronu korrupsiya və Rusiyanın maraqlarına xidmət edən fəaliyyətlə bağlı araşdırma ilə əlaqədar deputat toxunulmazlığından məhrum edib.
O, Bundestaqda olarkən Kremlyönlü “Avropanın səsi” təbliğat portalının operatorundan pul almaqda ittiham olunur”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az