Jurnalistlərin özünü qoruması…backend

Jurnalistlərin özünü qoruması…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəyanatda bildirilirdi ki, son iki ildə dünyada jurnalist ölümləri artıb. Bu da əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə artım deməkdir. Öldürülənlərin siyahısında nəinki KİV əməkdaşları, eləcə də müstəqil jurnalistlər də yer tutur. Fransada böyük bir redaksiayaya hücum, eləcə də İtaliyada mafiyaya daxil olan ayrı-ayrı adamların jurnalistləri öldürməsi Avropada “azad sözə” təhlükə yaradır. Eləcə də Rusiyada son illər jurnalistlərin döyülməsi və oğurlanması faktları da narahatlığa əsas verir.

Adıçəkilən toplantıda qəbul edilən bəyanatda jurnalistlərə bəzi tövsiyələr də verilir.

1. Konflikt zonasına, eləcə də ayrı-ayrı təhlükəli nöqtələrə yollanan jurnalistin özünün və həmkarının həyatını xilas etmək üçün ilkin tibbi yardım barədə anlayışı olmalıdır.

2. Jurnalistlər həmişə özlərində lazımi tibbi dərmanlar və sarğılar gəzdirməlidir. Ümumilikdə isə ilkin tibbi yardım kurslarından keçməlidir.

3. Müharibə zonasında zirehli geyim geyinməli və kaska qoymalıdır.

4. Mitiniqlər zamanı əsasən polislər tərəfdə durmalıdır. Bununla da öz həyatını sığortalamış olar.

5. Mitinq, eləcə də kütləvi özbaşınalıq zamanı jurnalist özünün işlədiyi orqanın siyasi kursuna uyğun hərəkət etməlidir. Əgər hər hansı siyasi partiyanı daim tənqid edibsə, o zaman həyatına təhlükə üçün əsas var.

REDAKSİYA RƏHBƏRLƏRİ NƏLƏRİ BİLMƏLİDİR:

1. Məqalə, reportaj yazmaq, yaxud çəkiliş aparmaq üçün əməkdaşının hara getdiyini rəhbərlik əvvəlcədən bilməlidir.

2. Jurnalist bütün proses barədə 10 dəqiqədən gec olmayaraq redaksiyaya məlumat verməlidir.

3. Redaksiya rəhbərləri işçilərinin həyatını sığorta etdirməlidir.

4. İmkan daxilində jurnalistin həyatına yarana biləcək təhlükəni aradan qaldırmaq üçün köməkçi şəxs ayrılmalıdır.

Neçə il bundan əvvəl İtaliyanın KİV Şurası jurnalistlər üçün məsləhət bukletləri dərc etdirmişdi. Bəzi məsləhətlər bunlardan ibarətdir:

1. Jurnalist elementar əlbəyaxa döyüş təliminə yiyələnməlidir.

2. Jurnalist mobil telefonuna, yaxud sosial şəbəkə ünvanına gələn hədə-qorxu, şantaj çağırışları barədə dərhal hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdır.

3. Jurnalist mobil telefonuna gələn nömrəsiz zənglərə imkan daxilində cavab verməməli, yaxud, tanımadığı şəxsin görüşünə getməməlidir. Əgər telefondakı şəxs hər hansı məlumatı verməyə çalışan naməlum informatordusa, onu əhalinin gur olan yerinə dəvət etmək məsləhətdir. Özünü “informator” adlandıran şəxs bir neçə nəfərlə gəlibsə, təcili oradan uzaqlaşmaq tövsiyə olunur.

4. Jurnalist evə gedərkən diqqətli olmalı, arxasınca naməlum adamların düşüb-düşməməsini nəzərdən keçirməli, həmin şəxslərin sifətlərini yadında saxlamalıdır. Eləcə də evin qarşısında, eləcə də yaşanılan ünvanın küçəsində şübhə doğuran avtomobillərin nömrələrini öz telefonunun yaddaşında qeyd etməli, yaxud sosial şəbəkədəki inanılmış dostlarına ötürməlidir. Bununla da jurnalist öldürülərsə, kələfin ucunu tapmağa qeyd edilən məlumatlar yardımçı olur.

5. Jurnalist tanımadığı qadınlarla ünsiyyətdən kifayət qədər çəkinməli, yazışmalarda ehtiyatlı olmalı, görüşə gedərkən bütün halları nəzərə almalıdır.

Qeyd edək ki, gizli şəkildə öldürülən jurnalistləri görüş yerinə gətirmək üçün qadınlar kifayət qədər rol oynamaqdadır. ( qafqazinfo.az )

Azər QİSMƏT
İnterpress.az