Sarkisyan bildirib ki, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan istifadə edilir.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha nələrin müzakirə edildiyi barədə ətraflı məlumat verilmir.
Son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsi Dağliiq Qarabağ münaqişəsi ətrafnda danışıqları yenidən aktivləşdirib. Rusiyanin xarici işlər nazri Sergey Lavrovun Bakiya qəfil səfərindən bir neçə gün sonra Ermənistan prezidenti Serj Sarkisyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşü buna sübutdur. İstisna deyil ki, rəsmi Moskva Sarkisyanı məhz Qarabağ məsələsinə görə Rusiyaya çağırıb.
Xatırladaq ki, Kremlin Putin-Sarkisyan görüşü ilə bağlı açıqlamasında müzakirə ediləcək məsələlər sırasında Qarabağdan söz açılmır. Elə Rusiya xarici siyasətini müəyyən edən şəxsin Lavrovun Bakı səfərindən qabaq da oxşar mətn yer almışdı, lakin prioritet Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolları idi. Rusiyalı ekspertlər də düşünür ki, Sarkisyanı Moskvaya Qarabağa görə çağırıblar. İddialar var ki, Rusiya Minsk Qrupu həmsədrlərindən ayrıca şəkildə Qarabağa dair nizamlama planını Azərbaycana təqdim edib. İndi Sarkisyanı yola gətirmək lazım olacaq.
Sentyabrın 1-də Rusiya XİN Sergey Lavrov Azərbaycana gözlənilməz səfər etmiş, prezident İlham Əliyevlə görüşündə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilmişdi. Rusiyanın baş diplomatı münaqişənin həllində müəyyən irəliləyişlərin əldə ediləcəyinə ümidvar olduğunu bildirmişdi. Politoloq, millət vəkili Rasim Musabəyov bu fikirdədirlər ki, Lavrovun səfərindən bir neçə gün sonra cəbhədə gərginliyin artması, ardınca Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması onu göstərdi ki, Bakıda danışıqlar ümidverici olmayıb.
Millət vəkili Zahid Oruc isə düşünür ki, Sarkisyan Moskvaya getməklə çalışır ki, Qarabağda artan gərginlik fonunda Rusiyanın dəstəyini qazansın, Moskva ona müdafiə üçün yardımlar göstərsin. Lakin hadisələrin gedişatı Rusiyanın Azərbaycanın maraqları çərçivəsində gedişatları hansısa siyasi razılaşmalardan xəbər verir
Politoloqlar düşünür ki, Rusiya status kvonu daha saxlamağın mümkün olmadığını, güzəştlər etməli olduğunu anlayır. Hansı güzəştlər edəcəyi və nə qazanacağı sual altındadır. Bütün hallarda məsələ Ermənistanın ziddinə inkişaf eləyir. İndiki halda böyük üstünlüyə malik Azərbaycan ordusu qarşı tərəfə ağır zərbələr endirir, ermənilərin itkilərinin sayı artır. Erməni mətbuatnın məlumatına görə, müdafiə naziri Seyran Ohanyan Ermənistan ordusunun verdiyi itkiləri gizlətmək üçün sərəncam imzalayıb. Çünki yaxşı anlayır ki, yaxasını bu dəfə ölmüş əsgər valideynlərinin əlindən qurtara bilməyəcək. (ans)
İnterpress.az