İrandan ABŞ-a sərt xəbərdarlıq…backend

İrandan ABŞ-a sərt xəbərdarlıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İran paralamentinin sədri Əli Laricani ABŞ Konqresi tərəfindən ölkəsinə qarşı yeni sanksiyaların gündəmə gəlməsinə sərt münasibət göstərib.

“Konqreslər problemlərini həll etməzsə müzakirələrin dayandırılmasının məsuliyyəti Obamanın üzərində olacaq”.

Laricani bildirib ki, Qərb sanksiyaları İrana təzyiq etmək vasitəsi kimi istifadə etsə də istədiklərinə çata bilməyiblər.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də bir müddət əvvəl Davosta verdiyi açıqlamada demişdi ki, Amerika konqresi bu qanun layihəsini təsdiq etsə İran parlamenti bunu cavabsız qoymayacaq. Əgər sansksiyalar Konqresdən keçsə nüvə müzakirələri uğursuzluğa düçar olar.

Xatırladaq ki, respublikaçıların üstünlük təşkil etdiyi ABŞ Konqresində irana qarşı yeni sanksiyaların tətbiq olunması barədə qanun layihəsi təqdim olunacaq. Səs vermənin yanvarın 29-da keçiriləcəyi gözlənilir. Prezident Obama is belə bir qanuna veto qoyacağını bəyan edib.

İnterpress.az