Çavuşoğlu Azad Rəhimovun ailəsinə başsağlığı verdibackend

Çavuşoğlu Azad Rəhimovun ailəsinə başsağlığı verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı onun ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

Türkiyəli nazir bu barədə Tvitter səhifəsində yazıb.

“Can Azərbaycanın gənclər və idman naziri, qardaşımız Azad Rəhimovun vəfatı xəbərini böyük bir kədər hissi ilə qarşıladım. Mərhuma Allahdan rəhmət, onun ailəsinə və bütün azərbaycanlı qardaşlarımıza səbr və başsağlığı diləyirəm. Məkanı cənnət olsun”, – XİN rəhbəri yazıb.

 

İnterpress.az