Rostovda dəhşətli QƏTL: Oğul ata və anasını öldürüb meyitlərini dondurucuya YIĞDI – FOTObackend

Rostovda dəhşətli QƏTL: Oğul ata və anasını öldürüb meyitlərini dondurucuya YIĞDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada valideynlərini qətlə yetirib meyitlərini dondurucuya yığan oğul axtarışa verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Rostov-na-Donu şəhərində dəhşətli qətl hadisəsi baş verib. Hələ sentyabr ayından bəri itkin düşən 74 və 73 yaşlı Şatilovlar cütlüyünün parçalanmış meyitləri evlərindəki dondurucu kameradan tapılıb.

Qohumları təqaüdçülərin aylardır əlaqə saxlamaması ilə bağlı polisə yalnız bir həftə əvvəl məlumat veriblər.

Hüquq-mühafizə orqanları cütlüyün 49 yaşlı oğlu Vitali ilə telefonla əlaqə saxladıqda o, valideynlərinin meyitlərinin evdəki dondurucuda olduğunu bildirib və bundan sonra qaçaraq gizlənib.

Yükdaşıma sahəsində fərdi sahibkar kimi fəaliyyət göstərən şəxsin saxlanılması istiqamətində axtarışlar davam edir.

Qeyd olunur ki, həmin şəxs on il əvvəl də Aksay rayonunda qəbiristanlıqda qayınanasını boğub öldürməkdə şübhəli bilinərək axtarışa verilmişdi.

Xuraman Etibarlı

İnterpress.az