YAP-a yeni mətbuat katibi təyin edildibackend

YAP-a yeni mətbuat katibi təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Bu barədə E.Quliyev özünün Feysbuk səhifəsində bildirib.

Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Quliyev 1984-cü il oktayabrın 25-də anadan olub. Sumqayıt şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb.

AzTV-də İnformasiya Proqramları Studiyasında çalışıb. 2016-cı ildən Dövlət Statistika Komitəsinin mətbuat katibi idi.

Ailəlidir, 3 övladı var.

 

İnterpress.az