Nalçik şəhərində Fikrət Əmirovun “Min bir gecə” baleti təqdim edilibbackend

Nalçik şəhərində Fikrət Əmirovun “Min bir gecə” baleti təqdim edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasında fəaliyyət göstərən “Azəri” Azərbaycan Milli-Mədəni Mərkəzinin təşəbbüsü ilə Nalçik şəhərindəki Dövlət Musiqili Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti səhnələşdirilib.
Kabardin-Balkar Respublikasının əməkdar incəsənət xadimi, xoreoqraf və baletmeyster Ramed Paçevin quruluşunu verdiyi baletin təqdimat mərasimində mədəniyyət naziri Muhədin Kumaxov, parlamentin sədr müavini Murat Kardanov, Şimali Qafqazda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Balet böyük maraqla qarşılanıb.
“Azəri” Azərbaycan Milli-Mədəni Mərkəzinin sədri, Kabardin-Balkar Dövlət Aqrar Universitetinin professoru Ağababa Dadaşov bildirib ki, rəhbərlik etdiyi diaspor təşkilatı sözügedən teatrla yaxından əməkdaşlıq edir və bu mədəniyyət ocağının bütün tamaşalarında fəal iştirak edir. Qeyd edib ki, diasporumuzun xahişi ilə teatrın rəhbərliyi və quruluşçu rejissor, həmvətənimiz Tamara Səfərova vaxtaşırı repertuara məşhur Azərbaycan dramaturqlarının və bəstəkarlarının əsərlərini daxil edirlər. Bir neçə ay bundan öncə, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasının da tamaşaçılara təqdim olunduğu nəzərə çatdırılıb.

 

İnterpress.az