Ömər Çelikdən ABŞ-a çağırış: Ərdoğanı diqqətlə dinlə!backend

Ömər Çelikdən ABŞ-a çağırış: Ərdoğanı diqqətlə dinlə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamentinin prezidentimizi hədəf almasını kəskin şəkildə qınayırıq.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Tvitter hesabında qeyd edib.

“Prezidentimizi antisemitizmdə ittiham etmək əsassız və yanlış bir yanaşmadır. Bu, Prezidentimiz haqqında söylənən yalandır. ABŞ Dövlət Departamentini prezidentimizin fikirlərini diqqətlə dinləməyə dəvət edirik. Bu açıqlama edənlər Prezidentimizi diqqətlə dinləsələr, ədalət və sülh üçün addım atmış olacaqlar”, – Çelik bildirib.

 

 

İnterpress.az