Bu gün 28 may Azərbaycanın Milli bayramı olan Müstəqillik günüdür. Düz 103 il əvvəl Azərbaycan öz müstəqilliyini bərpa edib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
İnterPress.az xəbər verir ki, bu gün Azərbaycanın Müstəqillik Günü ilə bağlı Marneulidə Ata Holdinq idman kompleksində Gürcüstanın 18 şəhərindən 15 çəki kateqoriyası üzrə 150 idmançının iştirak etdiyi turnirin final görüşməsi baş tutdu.
Turnir çərçivəsində qaliblər kuboklarla, medallarla və təltifnamələrlə mükafatlandırıldılar.
Daha sonra isə Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev, Kvemo Kartli qubernatoru, Gürcüstan Parlamentinin Marneuli və Qardabani bələdiyyələri üzrə majoritar millət vəkilləri və digər rəsmi nümayəndələr çıxış edərək Azərbaycan Respublikasını bu gün münasibətilə təbrik etdilər, iki ölkə arasında mövcud qardaşlıq, dostluq və strateji əlaqələrdən danışdılar, turnirin qaliblərini təbrik edərək onların idman həyatlarında uğurlar arzuladılar.
Turnir çərcivəsində bayramla əlaqəli konsert təşkil olunmuşdu.
İnterrPRESS.az