““Koroğlu” da kifayət qədər qüsurlar var”backend

““Koroğlu” da kifayət qədər qüsurlar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha çox Azərbaycan və Şərqi Anadolu coğrafiyası ilə əlaqəli olan dastanın UNESCO-da Türkmənistanı təmsil etməsinə münasibət bildirən xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı açıqlamasında bunun o qədər də böyük problem yaratmadığını və Azərbaycanın da öz “Koroğlu”sunu təqdim etmək şansının olduğunu bildirib:
“Mən bunda heç bir faciə görmürəm. “Koroğlu” türkmən eposu kimi daxil edilib. Türkmənlər bu gün yalnız Türkmənistanda yaşayan əhali yox, həm də qanlı yerlərdə yaşayan Kərkük, Suriya türkmənləri də nəzərdə tutulmalıdır. Oğuz-türkmən tayfalarının yaşadığı ərazilərin eposu olan “Koroğlu” əslində onların ortaq dastanıdır.

Türkmənistan qabağa düşüb təqdim edibsə, onları qınamaq lazım deyil. Özbəklər, qazaxlar, qırğızlar, həmçinin biz də öz “Koroğlu”muzu da təqdim edə bilərik. Amma çox təəssüflər olsun ki, “Koroğlu” eposunun toplanması və türk dünyası coğrafiyasında təbliğində geri qalırıq. Heç adi Türkiyə türkcəsinə də Azərbaycanın “Koroğlu”su tərcümə edilməyib. Baxmayaraq ki, eposda baş verən bir çox hadisələr Azərbaycan və Şərqi Anadolu ərazisində baş verib. Azərbaycanda Koroğlunun normal nəşri yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən ilk dəfə toplanan “Koroğlu”da kifayət qədər qüsurlar var idi. Mən Türkmənistanı qınamıram. Onlar bu istiqamətdə kifayət qədər çalışıblar, müəyyən işlər görüblər. Təqdim edəndən sonra da müsbət rəy alıblar. Onlar öz “Koroğlu”sunu təqdim ediblər. Biz də çalışaq öz “Koroğlu”muzu təqdim edək və müsbət cavab alaq”.(modern)

Intepress.az