“Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyaya əlavə və dəyişikliklər edilibbackend

“Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyaya əlavə və dəyişikliklər edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 93-cü sessiyasında MSC.365(93), MSC.367(93), MSC.368(93) və MSC.370(93) nömrəli qətnamələri ilə “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiyanın (SOLAS-74) II-1-ci və II-2-ci fəsillərinə və adıçəkilən konvensiyanın II-2, III və VII fəsilləri ilə məcburi hüquqi qüvvəyə malik olan “Yanğından mühafizə vasitələri haqqında” Beynəlxalq Məcəlləyə, “Xilasedici vasitələr haqqında” Beynəlxalq Məcəlləyə və “Sıxılmış qaz daşıyan gəmilərin inşası və avadanlıqlarına dair” Beynəlxalq Məcəlləyə əlavə və dəyişikliklər edilib və qeyd edilən əlavə və dəyişikliklərin 1 yanvar 2016-cı il tarixində qüvvəyə minməsi nəzərdə tutulub.

Dövlət Dəniz Administrasiyası mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən dəyişikliklər əsasən, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın II-1-ci fəslinin C hissəsinin 29-cu qaydasında “Sükan qurğusuna olan tələblər”ə, II-2-ci fəslinin A hissəsində ümumi müddəalarda göstərilən tətbiqə və anlayışlara, “Yanğının və partlayışın qarşısının alınması” adlı B hissəsinin “Alovlanma ehtimalı” adlı 4-cü qaydasına və inert qaz sistemləri və onların tətbiq edilməsi, kimyəvi maddələr və qaz daşıyan gəmilərin inert qaz sistemləri, inert qaz sistemlərinə olan ümumi tələblər, ekvivalent sistemlərə olan tələblər adlı bəndlərə aid edilib.

Həmçinin, adıçəkilən konvensiyanın II-2-ci fəslinin C hissəsinin 9-cu qaydasında yanğının yayılması, ventilyasiya sistemləri, ventilyasiya dəliklərinə və çıxışlarına olan tələblər, 36 nəfərdən çox və az sərnişin daşıyan gəmilərin ventilyasiya sistemlərinə olan tələblər, A kateqoriyalı daxili yanma mühərrikləri olan maşın bölmələrinə xidmət edən ventilyasiya otaqları, 36 nəfər sərnişin daşıyan gəmilərdə çamaşırxanaların yanğın təhlükəsizliyinə və yanğınla mübarizəyə dair tələblərə müvafiq əlavə və dəyişikliklər edilib.

Eyni zamanda, qeyd edilən Konvensiyanın II-2-ci fəslinin D hissəsinin 13-cü qaydasında qəza çıxışları və E hissəsində inert qaz sistemlərinin istismarı, G hissəsinin 20-ci qaydasında nəqliyyat vasitəsinin, xüsusi kateqoriya və ro-ro sahələrinin mühafizəsinə dair tələblərə düzəlişlər edilib və yük kimi yanacaq çənlərində sıxılmış hidrogen və ya təbii qaz daşıyan nəqliyyat vasitələrinə dair tələblər adlı yeni 20-1-ci qayda və bu qaydanın məqsədi və tətbiqinə dair bəndlər əlavə edilib.

“Xilasedici vasitələr haqqında” Beynəlxalq Məcəllənin “Fərdi xilasetmə vasitələri” adlı II fəslinin 2.2.1.6-cı bəndinin düzəlişlər edilmiş yeni redaksiyasına əsasən təşkilatın tövsiyələrinə uyğun olaraq ən azı 12 nəfərlə həyata keçirilən sınaqlarda böyüklər üçün nəzərdə tutulmuş xilasedici jiletlər dalğalanma olmadığı halda suda kifayət qədər üzmə və dayanıqlılıq qabiliyyətinə malik olmalıdır, eləcə də mövcud 2.2.1.8.3-cü bənddən sonra uşaqlar üçün nəzərdə tutulmuş xilasedici jiletlərin yalnız manekenlərdən istifadə edilməklə sınaqdan keçirilməsini nəzərdə tutan yeni bəndlər əlavə edilib.

“Yanğından mühafizə vasitələri haqqında” Beynəlxalq Məcəllənin 15-ci fəsli üzrə dəyişikliklər anlayışlar, ümumi inert qaz sistemləri, təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar tədbirlər, inert qaz sistemlərinin ayrı-ayrı hissələri, xəbərdaredici vasitə və siqnalizasiya qurğuları, istifadə təlimatı, inert qaz generatoru və ya tüstü buraxma xüsusiyyətinə malik olan qazlardan istifadə etməklə işləyən inert qaz sistemləri və azot generatoru ilə işləyən inert qaz sistemlərinə dair tələblərə edilib.(apa)

Interpress.az