Deputatdan gözlənilməz ittiham: “Biznes İçində Üzürlər…”backend

Deputatdan gözlənilməz ittiham: “Biznes İçində Üzürlər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın qonağı millət vəkili Zahid Orucdur. Onunla manatın devalvasiyası haqqında danışdıq. Millət vəkili ilə manatımızın çöküşünü və digər iqtisadi problemlərin səbəblərini müzakirə etdik.

-Siz bir millət vəkili kimi dünya tarixində bir gecənin içində kursun 50 faiz düşməsi kimi olayı yaşayan ölkə göstərə bilərsinizmi?

-Biz o ölkəni tapsaq belə, bu əsas ola bilməz. Heç bir ölkə başqasının təkrarı deyil. Ona görə Madaqaskardakı hətta 70 fazilik devalvasiya Azərbaycana nümunə ola bilməz. Çünki hər bir ölkə fərqli iqtisdai parametllərə və resurslara malikdir. Çünki, ÜDM-i təşkil edən amillər fərqlidir.

-Azərbaycanı Madaqsakar ilə müqaisə edirsiniz? Başqa vaxt Azərbaycanı Avropa ilə müqaisə edirlər.

-Ona görə manatı öldürən nədir sualına cavab vermədən biz hər qərarı qətliam kimi qəbul edəcəyik. Odur ki, öncə “manatın məzənnəsi necə formalaşmalıdır” və “iqtisadiyyatımızdakı anomaliyalar manatı necə öldürür” suallarına cavab tapmalıyıq.

-Məsələn, Azərbaycanda azad bazar iqtisadiyyatının olmaması da manatın ölməsinə təsir etdimi?

-Əslində Mərkəzi Bank sadəcə fiksasiya qurumudur. Manatın iqtisadi anomaliyalar içərisində ölgünlüyünü yaradan isə ayrı qurumlar və digər bəlalardır. Azad iqdisadi mühitin olmaması da təsir edir, digər amillər də. Ölkəyə daxil olan hər dollar üstündə əlavə dəyər gətirməlidir.
Buna dünyada “xaricdən gələn dəyər” deyirlər. Lakin Azərbaycana neft dolların üstündə gələn dəyərdən başqa pambıqdan, çəltikdən, şərabdan, üzmüdən daha nələrdən demək olar heç bir dəyər daxil olmur. Üstəlik manatın satılmamsı da var. Səbəb isə iqtisadiyyatmızın yalnız bir rels üzərində qurulmasıdır. İndi digər relsə keçmədən qatarı sürətli aparmaq mümkün deyil. Ona görə tranzit və nələr nələr qurmaq üçün liberal iqtisadi modelə keçməsən, biznesi məmurlardan ayırmadan xüsusi nəticələrə nail ola bilməzsən. Manatı dəyərli saxlamq üçün iqtisadi sağlamlaşma tədbirləri görülmədən onun üstnüdə sadəcə kurs siyasəti ilə iqtisadiyyat qura bilməzsən.

Deputatdan gözlənilməz ittiham: “Biznes İçində Üzürlər...”

-Biznesi məmurlardan ayırmaq mümkündürmü? Sizcə bu dövlət çevrilişinə səbəb olmazmı? Yəni bu qədər varidatını hansısa məmur rahatlıqla əlindən verərmi?

-Bunun çox sadə bir yolu var. Əgər gömrük prosedurları asanlaşsa onda məmurun “vəzifədə qalım-çünki birtəhər işimi həll etmək üçün səlahiyyətimdən yararlanım” fəlsəfəsi aradan qalxacaq. Bu ölkədə ən yaxşı iqtisadi proqram-mane olma prinsipini bərqərar etməkdir. Hamı biznesin içində üzür. Yəni, məmur və bütün bürokratik orqanlar gəlib sahibkardan nəsə umur. Halbuki sərhəd proesdurunu normal qursan “dinməver”lər və töycülər aradan qalxar. Bu zaman manatı Mərkəzi Bank kabinetdə valyutalararası birjada əmtəə kimi sata bilər. Təngə də rial da, lari də lirə də devalvasiyaya ugrayır. Lakin raeldan başqa yerdə qalanlarında azad bazar sizin bayaq dediyiniz şokdan cəmiyyəti qoruyur. Lakin raeldan başqa yerdə qalanlarında azad bazar, sizin bayaq dediyiniz şokdan cəmiyyəti qoruyur. Bu gün iqtisadi olaraq qapalı sistemdə qalıb sovetlərdəki kimi özünü kənardan qoruya bilməzsən. Ölkədə dünyaya neftdən başqa azad şəkildə çıxan 2-ci məhsul yoxdur. Fikir verin cümləmizə-NEFT AZADDIR. Bütün məhsullara azadlıq ver-onda həmin məhsulların yaratdığı manat bir deyil-yüzlərlə məhsuladan formalaşacaq.

-Bəs niyə, məsələn, pambıq azad deyil?

-Çünki düşünürdülər ki, təkcə, SOCAR brendi hesabına yaşamaq olar. İndi həımin brend sönür və neft erası bitən kimi həqiqi iqtisadiyyatların,
həqiqi hökumətlərin və ya həqiqi depuataların həqiqi siyasətçilərin dəyəri də üzə çıxır. İndiyəcən idarəetmədə və bazardakı yalançı dəyər yaradanların erasından çıxıb yeni dəyər yaradıcılarına keçid baş verməlidr. Bu isə ağrılı prosesdir, elə bilin formasiya dəyişiliyidir. Ona görə, sadəcə pula sərəncam verənlərdən-yəni Xəzər özü boyda nevt çəlləyidir-indi həqiqi menencerlərə və siyasi elitaya söykənmək lazımdır.

-Məsələn, vaxtilə Azərbaycana yüksək gəlir, keçici bayraqlar, şöhrət gətirən pambıqçılıq sahəsi bu gün getdikcə baxımsızlıqdan məhv olur. Pambığın kilosunu kəndlidən 42 qəpiyə alırlar. Amma bu pambığın əkib becərilməsi üçün kəndliyə nə qədər yardım edilir? Bunu müqayisə edəndə ortaya çox biabırçı fərq çıxır.
-Təmsil etdiyim Bərdə bölgəsi sovet erasının pambıqçılıq üzrə ən böyük qabaqcıllarından idi. Hər il 126 min ton pambıq becərilirdi. İndi isə hər il cəmi, 2-3 min ton da pambıq yığılmır. Halbuki həmin səviyyədə olmasa da ölkənin daxili ehtiyaclarına uygun qeyd etdiyiniz stimullaşma və ona adekvat fabrikalar, yəni sənaye qurmasan, sən başqa ölkələrin məhsullarının anbarına çevriləcəksən. Bizim hansısa birimizdə, geydiyimiz libasda heç olmasa corab, ölkədə istehsal olunurmu?

-Saatlı da doğulmuşam və bu rayon pambıqçılıq rayonu idi. Kəndlilər pambıqla, əkinçiliklə çox firavan dolanırdılar. Müstəqil olduqdan sonra kəndlilər dəhşətli dərəcədə kasıblaşmağa başladı. Çünki kəndlinin əməyinə qiymət verilmir. Bu gün kəndlinin soğanı kənddə 5-10 qəpikdir, amma bazarda 50-80 qəpikdir. Kimdir kəndliyə öz malını bazara çıxarmağa imkan verməyən? Bunu kimlər düşünüb ki, kəndlilərimiz min bir əziyyətlə yetidşdirdiyi, tərtəmiz məhsulunu tarlada çürüdür, amma bazarlarımızda xaricidən gətrilmiş, geni dəyişdirlmiş qidalar meyvə tərəvəz od bahasına satılsın? İndi Azərbaycana bütün parçalar xaricdən gəlir. Adicə parça da istehsal edə bilmirikmi?[/b]

-Amma əsrlər öncə Azərbaycan kəlağayının, ipək parçanın məskəni idi. Biz irəli getmədik, gerilədik.

-Haqlısınız. Məhsul bazara çıxana qədər müxtəlif tələlərdən keçir və onu istehsal edən deyil, kartel sdelkalarını aparanlar qazanır..

-Daxili bazarın inkişafı eyni zamanda əhalinin işsizlik problemmini həll etmiş olur. Qonşu Gürcüstanda, İranda daxili bazar çox güclü inkişaf edib. Bu isə yerli əhalinin ucuz və keyfiyyətli, eyni zamanda yerli malla təminatına gətirib çıxarır. Bu ucuzluq, bolluq yaradır. Bolluq isə qonşu ölkələrdən turist axınına səbəb olur. Bu da turizm sahəsinə gəlir gətirir.

-Məsələn, bu gün Şəkidə istehsal olunan kəlağayının xammalı da Çindən gətrilir.
Bu gün bu devalvasiya ilə bağlı efirdə izah vermək gərəkdir. Yəni bir insan bəndəsi rəsmi səviyyədə bu qədər həyati və müqayisəyəgəlməz iqtisadi qərara izah vermədən keçə bilməz. Ən pisi 50 fazilik devalvasiya qərarı deyil, ən pisi siyasi və mənəvi devalvasiyadır.

Arzu Abdulla
İnterpress.az