Minsk qrupu ilə bağlı sədrlər arasında fikir AYRILIĞIbackend

Minsk qrupu ilə bağlı sədrlər arasında fikir AYRILIĞI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqbal Ağazadə: “Strateji yanaşma olmasa, Minsk qrupunu ləğv edib Kiyev, Kişinyov qrupu yarat, fərq etməyəcək.”
24 ildir fəaliyyət göstərən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi missiyasını üzərinə götürsəd əd bu günə qədər konkret nəticə ortaya qoymayıb.

Qrupun həmsədr dövlətlərinin regiona səfərləri boş və nəticəsiz yekunlaşdığından artıq bu “mötəbər” təşkilatın fəaliyyətinə olan inam sıfıra enib. Ermənistan-Azərbaycan arasında mövcud gərginliyin səngiməsinə “canfəşanlıq” göstərən həmsədr dövlətlər tarixə “yol ölçməklə” imza atırlar.

Bir halda ki, Minsk qrupu gözləntiləri həmsədrlər arasında dəyişiklik etməklə həyata keçirir, daha bu qədər müddət ərzində məsafə qət etməyə nə lüzum var?! Belə davam edən halda, Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina edə bilərmi?

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə Azərbaycanın Minsk qrupundan imtina etməsini məqsədəuyğun hesab etmir. Onun sözlərinə görə, Minsk qrupundan imtina etməkdənsə, bu qurumun ətrafında sıx birləşmək lazımdır.

“İmtina etmək hər zaman mövcudd olan ən asan variantdır. Gəlin baxaq, Minsk qrupundan imtina etmək biz nə verəcək?! Azərbaycan təkbaşına bu problemin öhdəsindən gələ bilirmi ki, Minsk qrupundan imtina etsin?! Minsk qrupu problemin həlli istiqamətində addım atmaq istəyən Azərbaycanın qarşısınımı kəsir ki?

Bunların heç biri yoxdursa, Minsk qrupundan imtina heç bir nəticə verməyəcək.

Əksinə, Minsk qrupu ilə daha sıx işləmək lazımdır. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yanaşmada Azərbaycan hökuməti fundamental dəyişikliklər etməlidir. Azərbaycan hökuməti bunu edə bilməyib”.

İqbal Ağazadə Dağlıq Qarabağdan kənarda 7 rayonun Azərbaycana qaytarılması məsələsinə də toxunub: “7 rayon heç Dağlıq Qarabağa aid deyil. O rayonlar dərhal azad olunmalıdır və bu, müzakirə predmetinə çevrilə bilməz. Danışıqlara ondan sonra başlamaq lazımdır. Azərbaycan hökuməti bunu ortaya qoya bilmir.

Bunu ortaya qoymağın da, qoymamağın da səbəbləri var. Qarabağ məsələsində Azərbaycan hökumətinin baxışları dəyişməlidir ki, prosesi dəyişə bilsin. Azərbaycan hökuməti gözləmə mövqeyindədir. Bir daha qeyd edim kli, biz imtina yox, daha sıx birləşməliyik. Lakin özümüzün strateji yanaşmamız olmalıdır. Strateji yanaşmamız olmasa, Minsk qrupunu ləğv edib Kiyev qrupu yarat, Kiyev qrupunu ləğv elə Kişinyov qrupu yarat, fərq etməyəcək. Hamısından imtina etmək məsələnin həlli dəyişməyəcək”.

Minsk qrupu ilə bağlı sədrlər arasında fikir AYRILIĞI

İqbal Ağazadə Minsk qrupunun həmsədrliyində Türkiyənin yer alması məsələsinin yanlış düşüncə olduğu qənaətindədir. “Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətində müsəlman-xristian məsələsi dayanmır ki, bir müsəlman dövləti olaraq Türkiyə də bura daxil edilməklə məsələ həll olunsun.

Kosova müsəlman dövlətidir?! Serbiyadan Kosovanı alıb müstəqil elan edən xristian dünyası oldu. Məsələyə bu cür bəsit yanaşmaq doğru deyil. Burada tamam fərqli maraqlar, fərqli yanaşmalar var.

Hər kəs bilmirmi ki,Türkiyə Minsk qrupunun həmsədr üzvlərindən birinə çevrilməyəcək?! Məşhur misalda deyildiyi kimi, qaranlıq otaqda qara pişik axtarırlar. Əvvəlcədən bilə-bilə ki, ümumiyyətlə pişik yoxdu. Bunlar boş fikirlərdir. Sadəcə maraqlar var. Avropanın bir təmsilçiliyi, Rusiyanın bir təmsilçiliyi, Amerikanın da bir təmsilçiliyi var. Məsələnin mahiyyəti bəsitdir”.

Ədalət Partiyasının sədri, sabiq deputat İlyas İsmayılov isə Azərbaycanın Minsk Qrupunun fəaliyyətindən imtina edilməsini vacib sayır. “Hesab edirəm ki, Azərbaycan Minsk Qrupunun fəaliyyətindən imtina edib, məsələni BMT-nin Təhlükəsizlik Şurasına çıxartmalıdır. Çünki BMT Təhlükəsizlik Şurasının qərarı dövlətlər üçün məcburidir. Tələb edilməlidir ki, Dağlıq Qarabağla bağlı qəbul edilən 4 qətnamə niyə icra olunmur?!

Liviya ilə bağlı qərar qəbul edib tez də icra etdilər. Liviyanı dağıtdılar. Amma Qarabağla bağlı qətnamə icra olunmur. İcra olunmayacaqsa, özümüz-özümüzə çarə tapmalıyıq. Səfərbər olub torpaqlarımızı azad etməliyik.

Minsk qrupu ilə bağlı sədrlər arasında fikir AYRILIĞI

Heç kimə ümid etməli deyilik. ATƏT-in Minsk Qrupu dövlətlər üçün öhdəlik yaratmır, tövsiyə xarakteri daşıyır. Ermənilər də bunu qəbul etmir. Azərbaycan Minsk Qrupundan imtina etməlidir. Çünki o hüquqi xarakter daşımır”.

İnterpress.az