“Rusiya Qara dənizdəki hərbi donanmasını növbəti dəfə yenidən təşkil edib”.
Bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı feysbuk səhifəsində məlumat verib.
Qeyd edilib ki, hazırda Qara dənizdə Rusiyaya məxsus 3 raket daşıyan hərbi gəmi və 2 sualtı qayıq var: “Onlar Ukraynanın bütün ərazisinə təhdid yaradır”.
“Cənub” əməliyyat komandanlığı hərbi gəmi və sualtı qayıqlarda ümumilikdə 32 kalibr tipli qanadlı raketlərin olduğunu vurğulayıb.