Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin media məsələləri üzrə köməkçisi, qurumun mətbuat katibi Aysel Fərziyeva işindən ayrılıb.
O, tutduğu vəzifədən öz xahişi ilə ayrılıb. A.Fərziyeva bu barədə məlumatı saytımıza təsdiqləyib.
2018-ci ildən Qida Təhlükəsizliyi Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri olan jurnalist daha sonra Agentlik sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb.
Qeyd edək ki, Aysel Fərziyeva bundan əvvəl Lider TV və ATV-də aparıcı kimi işləyib. AQTA-da işlədiyi dövrlərdə “ARB 24” və Real TV-də bir sıra verilişlərin aparıcısı və layihə müəllifi, eyni zamanda “Süfrə” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib