Elçinin filmi topa tutuldu – VİDEObackend

Elçinin filmi topa tutuldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün bundan qabaq Elxan Cəfərovun “Yarımçıq xatirələr”, dünən isə Samir Kərimoğlunun “Şər qarışanda” filminin də qala gecəsi keçirildi. Bütün bunlar cəmiyyətdə filmə marağı artırır. Bəs həmin filmlərin keyfiyyəti nə yerdədir?

Mövzu ilə bağlı sorğunu təqdim edirik.

Ağaxan Salmanlı, xalq artisti, aktyor:

Son illər “Aktrisa”, \”Dolu\”,\”20 yanvar\”, \”Zəng\”, \”Vəkil hanı\”, \”Axırıncı dayanacaq\” filmlərinə baxmışam. Sonuncu iki filmdə rəssam və şair Süleyman rollarına çəkilmişəm. Bir az əvvəl \”40-cı qapı\” filminə baxmışam. Dəyərli, mənalı filmlərdir. Peşəkarcasına çəkilib, mövzu aktualdır.

Təəssüflənirəm, həm də çox təəssüflənirəm ki, respublikada film prokatının canını aldılar. İki əlli boğub öldürdülər. Kinoteatrlar anbara çevrildi, ya da sökülüb torpağı satıldı.

İndi mən bu filmlərə \”Youtube\”də baxıram. Ümumi sorğu keçirilsə yəqin ki, əksər insanlar bu filmlərdən xəbərsizdirlər. TV-lər dir yeni çəkilən filmləri hərdən göstərirlər. Çox vaxt xəbərim olmur, bəzən tanışlar zəng edib, xəbər verirlər, keçirəm göstərilən kanala.

Filmlərimizi, çəkilən zəhməti batırmamaqçün onların prokatını- satış və göstərilməsini təşkil etmək, özü də əksəriyyətə sərfəli qiymətə təşkil etmək lazımdır ki, xalq yenidən axışsın kino zallara.

İki filmi xeyli reklam elədilər. Biri Elçinin \”Mahmud və Məryam\” Biri də \”Əli və Nino\”. Birincisinə \”Youtube\”də baxdım. İkincisinə hələ baxa bilməmişəm. Baxmayaraq möhtəşəm reklam edildi, lakin geniş təqdim olmadı. İndiki halda prokatın geniş auditoriya üçün dirçəldilməsinin özü də çətin olacaq. Çünki prokat kəfənlənib. Allah kömək olsun!

Aygün Səmədzadə, əməkdar artist, bəstəkar:

Bəzilərini izləmişəm. 2 bədii filmə musiqi də bəstələmişəm. Həmin filmlər –“Əlavə təsir” və \”Axırıncı dayanacaq\” filmləridir. Bu il ən çox bəyəndiyim film “Oğlan evi” olub. O filmə üç dəfə baxmışam.

Vüsal Məmmədov, jurnalist, azvision.az saytının baş redaktoru:

Bədbəxtçilikdən iki filmə baxmışam, ikisində də peşman olmuşam- belə axmaq işə vaxt sərf etdiyimə görə. Biri \”Mahmud və Məryəm\” idi. O qədər cansıxıcı idi ki, həyatımda ilk dəfə seansı yarımçıq tərk etmək haqqında düşündüm. İkinci filmin adı “Xoxan”dır. Guya komediya idi, guya qıza cin girir və Fərda ilə Elməddin onu çıxarmağa çalışırlar. Dəhşətli dərəcədə səfeh bir film idi. Qərb kinosunda min dəfə ələ salınmış klişelərdən heç də gülməli olmayan ssenari düzəltmişdilər. Bircə dənə də gülməli replika yox idi ki, film nə iləsə yadda qalsın. Belə təəssürat var ki, bizdə film çəkənlərin ya dünya kinosundan xəbərləri yoxdur, ya da nəyəsə baxan kimi onun təsiri altına düşürlər”.

Şərif Ağayar, yazıçı:

Açığı, son bir neçə ildə nəinki Azərbaycan, heç türk filmlərinə də ciddi şəkildə baxmamışam. Daha çox dünya və İran kinosunu izləmişəm. Bizdə kino sənayesi bərbad gündədir. Bu sahədə tərəqqi çox çətindir. Xırda istisnalarla ölü vəziyyətdədir. Vəziyyəti yaxşı bildiyimdən bədbinəm. Bizdə film çəkmək yaradıcı işdən daha çox pul bölüşdürmə əməliyyatıdır. Belə yerdə əsl sənətdən söhbət gedə bilməz. Amma, təbii fədakar kinorejissorlar var və bunlar daha çox gənc və orta nəsil arasındadır. Onların demək olar hamısını tanıyıram və az-çox uğurlarını da görürəm. Misal üçün, \”Nabat\” filmini qanqallıqda bir gülə oxşatmaq olar. Hə, bir də özəl sektorda komediya filmləri çəkən gəncləri alqışlayıram. Söhbət Fərda, Müşfiq, Elməddin kimi istedadlı, amma imkansız uşaqlardan gedir. Kosmos köməkləri olsun. Başqa yerdən haray yoxdur.

Elçinin filmi topa tutuldu - VİDEO

Rəbiqə Nazimqızı, şairə:

Əksəriyyətini izləmişəm. Bircə Elçin Musaoğlunun \”Nabat\”ına baxa bilməmişəm. Çox istərdim baxam. Sonuncu baxdığım filmi bəyəndim – Elxan Cəfərov \”Yarımçıq xatirələr\”. İdeya da, məzmun da, yanaşma da xoşuma gəldi. Üstəlik, operator işi onun filmlərində bir başqa cür xoş gəlir. (moderator.az)

İnterpress.azhttps://youtube.com/watch?v=skVMIrC-5MU