Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Mərakeşdə baş verən 7 bal gücündə zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyini təxmin edir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada Mərakeşdə baş verən zəlzələdə yaralanan və ya ölən uşaqların dəqiq sayının hələlik məlum olmadığı bildirilib.
Açıqlamada zəlzələdən 100 mindən çox uşağın zərər çəkdiyi qiymətləndirilərək, 2022-ci il üçün hesablamalara görə ölkədə uşaqların üçdə birini təşkil etdiyinə diqqət çəkilib.
Mərakeşdə baş verən zəlzələnin təsiri havadan görüntülənib Mərakeşdə baş verən zəlzələnin təsiri havadan görüntülənib Birləşmiş Millətlər Təşkilatı (BMT) zəlzələdən 300 mindən çox insanın zərər çəkdiyini təxmin edir. Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib Sentyabrın 8-nə keçən gecə Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub. Zəlzələ Mərakeşlə yanaşı, paytaxt Rabat və Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunub. Daxili İşlər Nazirliyi açıqlamasında zəlzələdə 2 min 862 nəfərin öldüyünü, 2 min 562 nəfərin isə yaralandığını bildirib