İntensiv yağıntıların təsiri: pomidorun qiyməti 10 dəfəyə yaxın bahalaşıb – REPORTAJbackend

İntensiv yağıntıların təsiri: pomidorun qiyməti 10 dəfəyə yaxın bahalaşıb – REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Biləsuvar rayonunda intensiv yağıntılar nəticəsində pomidor məhsulunun qiyməti kəskin bahalaşıb.

Alıcıların İnterpress.az-a verdiyi məlumata görə, bir neçə ay öncə 20 qəpiyə aldıqları məhsulu çox baha, 1.50-2 manat arasında alırlar. Bu da təxminən 10 dəfəyə yaxın bahalaşma deməkdir.

Fermerlər isə, bunun səbəbini son günlər rayon ərazisində müşahidə olunan intensiv yağışlarla əlaqələndirir. Belə ki, mövcud hava şəraitində pomidor məhsulu açıq havada və torpaq üzərində olduğu üçün çürümə baş verir. Həmçinin sahələr palçıq olduğu üçün yığımda zəifləyir. Bu da öz növbəsində istər-istəməz məhsul qıtlığına səbəb olur ki, nəticədə də bahalaşma yaranır. Hava şəraiti belə davam edərsə, məhsul daha da bahalaşa bilər.

Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki əkin mövsümündə rayonda 603 hektar sahədə pomidor əkilib: “Məhsul daha çox rayonun Əsgərabad, Amankənd, Ağalıkənd, Ağayrı və Səmədabad kəndlərində becərilib”.