ABŞ-ın 6 aydan sonra ilk dəfə bölgəyə göndərdiyi “USS Ronald Reagan” təyyarədaşıyan gəmisinin Cənubi Koreyaya çatdığı bildirilib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Cənubi Koreya Müdafiə Nazirliyi Busan limanında lövbər salan ABŞ təyyarədaşıyan gəmisi ilə bağlı açıqlama verib.
USS Ronald Reaganın oktyabrın 16-na qədər Cənubi Koreyada qalacağı bildirilib və həmçinin sözügedən gəminin ölkəyə gələn “USS Nimitz”dən sonra göndərilən ilk ABŞ təyyarə gəmisi olduğu qeyd edilib.
Oktyabrın 10-da Koreya yarımadasının cənubunda Cənubi Koreya, Yaponiya və ABŞ 7 ildən sonra ilk dəfə birgə dəniz qadağanı təlimi keçirib.