78 yaşlı aktrisa Marina Neyolova Moskvada xəstəxanaya yerləşdirilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Sovremennik” teatrından məlumat verilib.
Məlumata görə, 78 yaşlı Rusiyanın xalq artisti Marina Neyolova sınıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona təcili tibbi yardım çağırılıb və xəstəxanaya çatdırılıb.
Son məlumata əsasən, həkimlər aktrisanın yıxılma nəticəsində bir neçə qabırğasının sınmasından şübhələnirlər.
Neyolovanın iştirakı ilə nəzərdə tutulan tamaşalar müvəqqəti olaraq ləğv edilib.
Aktrisa “Payız marafonu”, “Monoloq” və “Sən məndə təksən” filmlərindəki rolları ilə tanınır.
Xuraman Etibarlı
İnterpress.az






