Avstraliyanın Kvinslend ştatı 80-ə yaxın meşə yanğını ilə mübarizə aparırbackend

Avstraliyanın Kvinslend ştatı 80-ə yaxın meşə yanğını ilə mübarizə aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Kvinslend əyalətində hələ nəzarət altına alınmayan 80-ə yaxın meşə yanğını ilə mübarizə aparılarkən, vəziyyətin daha da pisləşməsinin gözlənildiyi bildirilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABC News-un məlumatına görə, yanğınsöndürmə rəsmiləri bölgədəki qruplara dəstək olmaq üçün digər ştatlardan kömək istədiklərini açıqlayıblar.

Açıqlamada, əyalət üzrə təxminən 80 meşə yanğınının hələ də nəzarət altına alınmadığı bildirilib və xüsusilə əyalətin Tara bölgəsində vəziyyətin daha da pisləşə biləcəyi xəbərdarlığı edilib.

Digər tərəfdən, səlahiyyətlilər bölgədəki bəzi meşə yanğınlarının qəsdən başlanmış ola biləcəyi ehtimalını qiymətləndirir.

Son 10 gündə Kvinslend ştatında 700-dən çox meşə yanğını baş verib. Avstraliyanın Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarında baş verən meşə yanğınlarında 2 nəfər həyatını itirib, təxminən 11 min hektar ərazi məhv olub.

Kvinslend ştatında yanğınlardan zərər çəkmiş ərazilərdən 350 nəfər təxliyə edilib.