Cammu və Kəşmirdə avtobus aşıb, 38 nəfər ölübbackend

Cammu və Kəşmirdə avtobus aşıb, 38 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cammu və Kəşmir ərazisində avtobusun aşması nəticəsində azı 38 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Doda rayonu yaxınlığında dağlıq ərazidə baş verib. Avtobus Kiştvaradan Cammuya doğru hərəkət edirmiş. Bu zaman 200 metr dərinliyə yuvarlanıb. Avtomobildə 55 nəfər olub.

Hindistanın Baş naziri Narendra Modi ölənlərin yaxınlarına başsağlığı verib.