“Azərbaycanlıların (qərbi azərbaycanlıları -red.) Ermənistana qayıdışı məsələsi sülh müqaviləsi üzrə danışıqların gündəliyində yoxdur”.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnasakan Safaryan noyabrın 23-də parlamentdə jurnalistlərə müsahibəsində bildirib.
O, qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsinin Azərbaycan tərəfindən qaldırılmasını “qeyr-konstruktiv yanaşama” adlanıdırıb.
Xatırladaq ki, 1988-ci ildə 300 minə yaxın qərbi azərbaycanlı öz yurdlarından zorla qovularaq Ermənistan vətəndaşlığından məhrum ediliblər.