İraq Prezidenti Abdul Lətif Rəşid İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri ilə Bağdadda görüşüb.
İnterpress.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, M.Baqeri iki gündür İraqdadır. İnformasiyaya əsasən, dekabrın 4-də o, İraqın İranyönümlü “Həşd-Şabbi” silahlı qüvvələrinin başçısı Faleh əl-Fayazla görüşüb.
Məlumata görə, Məhəmməd Baqeri dekabrın 4-də İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşüb ikitərəfli müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edəcək.