Fransada “insan alveri” şübhəsi ilə 4 gün saxlanılan təyyarə Hindistana eniş edibbackend

Fransada “insan alveri” şübhəsi ilə 4 gün saxlanılan təyyarə Hindistana eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)-Nikaraqua reysini həyata keçirərkən yanacaq doldurmaq üçün dayandığı Fransada 4 gün saxlanılan və sərnişinlərinin əksəriyyəti Hindistan vətəndaşları olan təyyarə Hindistanın Mumbay şəhərinə eniş edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Hindistan mətbuatında yer alan xəbərə görə, Fransanın 4 gün sonra havaya qalxmağa icazə verdiyi təyyarə 27 sərnişini Fransada buraxaraq 276 sərnişinlə Mumbaya eniş edib.

Sərnişinlərdən 25-nin “sığınacaq” üçün müraciət etdiyi üçün Fransada qaldığı, 2-nin isə “insan alveri” şübhəsi ilə dindirilmək üçün bu ölkədə qaldığı qeyd edilib.

Fransanın sözügedən təyyarənin dünən havaya qalxmasına icazə verdiyi bildirilib.

BƏƏ-nin Fujayra hava limanından havaya qalxan və təxminən 300 Hindistan vətəndaşını daşıyan Mərkəzi Amerika ölkəsi Nikaraquanın paytaxtı Manaquaya gedən Rumıniya əsilli Legend Airlines təyyarəsi, eniş etdiyi Fransa hava limanında insan qaçaqmalçılığı şübhəsi ilə saxlanılıb.

Araşdırmalar çərçivəsində təyyarədə olan 2 sərnişinin saxlanıldığı bildirilib.

Legend Airlines-ın vəkilləri istintaq çərçivəsində təyyarənin 15 nəfərlik heyətinin dindirilərək sərbəst buraxıldığını açıqlayıb.

Təyyarədə olan sərnişinlər təyyarə eniş etdikdən sonra bir müddət təyyarədə saxlanılıb, daha sonra hava limanının sərnişinlər salonuna aparılıb. 4 gündür hava limanının sərnişin salonunda saxlanılan sərnişinlər arasında çoxlu sayda müşayiətsiz uşaqların olduğu bildirilib.