İsrailin müdafiə naziri Yoav Gallant Qəzza zolağında atəşkəs əldə olunsa belə, şimalda Hizbullahla qarşıdurmaların davam edəcəyini bildirib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. “Yedioth Ahronot” qəzeti İsrailin müdafiə naziri Yoav Qallantın bəyanatının videoyazısını dərc edib.
“İsrail Qəzzaya qarşı hücumlarını dayandırsa belə, şimalda Hizbullaha qarşı hücumlarını dayandırmayacaq. Əgər Hizbullah cənubda (Qəzzada) müharibə dayandığı zaman şimalda dayanacağını düşünürsə, bu, səhvdir”, – o bildirib.
Gallant açıq şəkildə deyib ki, şimaldakı insanların təhlükəsiz yaşaya biləcəyi bir vəziyyət yaranana qədər buradakı hücumlar bitməyəcək.
8 oktyabr 2023-cü ildən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 177 Hizbullah üzvü və 30 Livan vətəndaşı, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.