İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya BOTAŞ-a satılan qazın qiymətini endirməyə tələsmir. Topdan qaz satan şirkətlər qiymətin baha olmasına görə ziyana düşdüklərini iddia edirlər.
Türkiyə və Rusiya ortaq yeni boru xətti layihəsi hazırlayır. Belə ki, bir neçə gün əvvəl “Qazprom”un rəhbəri Aleksey Millerlə Türkiyənin enerji naziri Taner Yıldız Rusiyadan Türkiyəyə Qara dənizin altından keçəcək boru xəttinin yerləşəcəyi ərazini helikopterlə gəzib. Digər tərəfdən qazın qiymətinin aşağı salınmasıyla bağlı müzakirələr aparılır. “Qazprom” qiyməti salmaq əvəzinə özəl sektora satdığı qazın qiymətini yanvar ayında qaldırıb.
Rusiya Almaniyadan sonra ən çox qazı Türkiyəyə satır. Lakin buna baxmayaraq Türkiyə qazı Almaniyadan 25% baha alır. Bundan əlavə, Türkiyə həm də Rusiya üçün “Cənub axını” layihəsinin əvəzinə inşa edəcəyi yeni boru xətti üçün alternativ variant kimi önəmli mövqe sayılır.
Məsələyə münasibət bildirən topdansatış firması təmsilcisinin sözlərinə görə, “Qazprom” idxalçılara yanvar ayında qazın bir kubmetrini 374 dollara satıb: “Onlar da üstünə 10 dollar qoyub topdan satıcılara göndərib. Topdan satış firmalarının ümumi sərmayələri 90 milyon dollardır. 65 milyon dollara yaxın zərər edəcəklər. Fevralın 19-da idxalçılara ödəmə olmalıdır, amma heç kim bu pulu ödəməyəcək. Ötən il 374 dollar maksimum qiymət müqaviləsi imzalanıb. “Qazprom”la müqavilə imzalananda neftin qiyməti 110 dollar idi. Bu gün normal formul tətbiq olunsa 371 dollar edir. Enerji Nazirliyindən məsələnin həllinə kömək istəyirik”.
Digər topdansatış şirkətinin təmsilcisinin sözlərinə görə, “Qazprom” vəziyyətdən istifadə edib daha çox qazanmaq istəyir: “Dolların dəyəri 2,5 lirəyə çıxdığı vaxt topdan satanların hamısı ziyadadır. Əvvəl bir kubmetr üçün 306 dollar ödəyirdisə, ində 374 dollar ödəyir. İdxalçı firmalar dollarla alıb-satdıqları üçün bütün güc tapdan satış firmalarının üstünə düşür. “Qazprom” Avropada rəqabət şərtlərinə əməl etmədiyi üçün “Cənub axını”ndan qovdular. Alış müqavilələri digər enerji qiymətləri ilə müqayisə edilərək müəyyən edilməlidir. “Qazprom” çətinliyə düşüb deyə Türkiyədə tondan satışla məşğul olanların əzməlidimi? Topdan satış şirkətləri belə olacağı halda idxalçıları məhkəməyə verəcək”.
İnterpress.az