Yeni Zelandiyada 2019-cu ildə 22 nəfərin ölümü ilə nəticələnən Whakaari (Ağ Ada) vulkanı püskürməsi ilə bağlı işdə günahkar bilinən tur şirkətləri və menecerlərinə, təhlükəsizliyinə etinasızlıq göstərdikləri səbəbiylə 7,8 milyon dollar təzminat ödənilməsinə qərar verilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yeni Zelandiyada yerləşən 13 şirkət və şəxsin təqsirli bilindiyi Whakaari vulkanının püskürməsi ilə bağlı Oklenddə keçirilən işdə hökm elan edilib.
Hakim Evangelos Thomas günahkar bilinən tur şirkətləri və onların menecerlərinin turistlərin təhlükəsizliyi ilə bağlı səhlənkarlıqlarına görə ümumilikdə 7,8 milyon dollar təzminat ödəməsi qərarına gəlib.
Tomas adanın sahibləri olan “Whakaari Management Ltd.” Holdinqin adaya təşkil etdiyi turlardan “böyük qazanc əldə etdiyini” ifadə edərək, cəzanın ən böyük hissəsini ödəyəcək şirkətin qurbanlara və onların ailələrinə 2,97 milyon dollar təzminat ödəməsi qərara alınıb.
Davanın qurumların asanlıqla təhlükəsizlik pozuntularını törədə biləcəyinə bir nümunə olduğunu vurğulayan Tomas Yeni Zelandiyada yer elmi və izotop araşdırması və məsləhət xidmətləri göstərən “GNS Science” adlı dövlət təşkilatını da paylaşmadığı üçün 33 min dollar cərimə edib.
GNS qurbanlara və qurbanların ailələrinə təzminat ödəməyəcək.
Məşhur turizm məkanı olan adada 2019-cu ilin dekabr ayında Whakaari vulkanı püskürmüş, təbii fəlakət nəticəsində 22 turist həlak olmuş, 25 nəfər ağır yaralanmışdı.