Azərbaycanın Əməkdar həkimi Vaqif Şirəli oğlu İbrahimov 82 yaşında vəfat edib.
İnterpress.az bildirir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, tibb elmləri namizədi Vaqif İbrahimov Birinci Qarabağ müharibəsinin veteranı olub.
Həmçinin, o, Mərkəzi Hərbi Hospitalın rəisi vəzifəsində çalışıb.