Sui-qəsd cəhdindən sonra Banska-Bistrica xəstəxanasında olan Slovakiyanın Baş naziri Robert Fitso mayın 27-də təkrar müayinədən keçəcək.
İnterpress.az xəbər verir ki, bu barədə xəstəxana rəhbərliyi məlumat yayıb.
“Baş nazirin hazırkı vəziyyəti tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, – xəbərdə deyilir.
Digər təfərrüatlar açıqlanmayıb.