Rusiyada məktəbli ilk dəfə həbs cəzasına məhkum edilib.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
15 yaşlı yeniyetmə terror təşkilatında iştirak etməkdə və vərəqələr yaymaqda ittiham olunub.
Nəticədə oğlan beş il müddətinə tərbiyə koloniyasına məhkum edilib.
O, müasir Rusiya tarixində ən gənc siyasi məhbus olub.
Xuraman Etibarlı
İnterpress.az