Metroda QORXULU HADİSƏ: Qadın gənc qızın ayağına şpris BATIRDIbackend

Metroda QORXULU HADİSƏ: Qadın gənc qızın ayağına şpris BATIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada metroda qıza şprislə hücum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada metroda hərəkət edən qatarda naməlum qadın gənc qızın bud nahiyəsinə şpris sancıb. Hadisə “Kitay-qorod” stansiyasından gedən marşrutda baş verib.

Məlumata görə, qız təxminən 50 yaşlı qadının yanında oturub. Həmin qadın qəfil ona şpris batırıb, daha sonra isə onunla söhbət etməyə çalışıb.

Zərərçəkən ayağında ağrı hiss etdiyinə və mümkün yoluxmadan narahat olduğuna görə dərhal xəstəxanaya müraciət edib.

Hadisəni törədən şəxsin motivləri hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az