Ermənistanda həbs edilən şəxs məhkəmədən QAÇDIbackend

Ermənistanda həbs edilən şəxs məhkəmədən QAÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda məhbus məhkəmə binasından qaçıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistanın Armavir şəhərində Armavir vilayətinin birinci instansiya məhkəməsinin binasından həbs edilmiş şəxs qaçıb.

Bu barədə Ermənistanın Cəzaçəkmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nona Navikyan məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs “Armavir” cəzaçəkmə müəssisəsində saxlanılırdı. Qaçış zamanı o, polis nəzarəti altında olub.

Hazırda polis onun yerinin müəyyən edilməsi və tutulması istiqamətində tədbirlər görür.

Xuraman Etibarlı

İnterpress.az