Türk dövlətlərindən olan futbolçular Türkiyədə yerli oyunçu sayılacaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu açıqlama verib.
Onun sözlərinə görə, qəbul edilən qərara əsasən, türk dövlətlərindən olan futbolçular Türkiyədə əcnəbi deyil, yerli oyunçu statusunda çıxış edəcəklər.
Kürşad Zorlu bildirib ki, bu qərar Türk dünyasında vahid futbol ekosisteminin yaradılmasına və ölkələr arasında istedadlı futbolçuların qarşılıqlı cəlb olunmasına imkan verəcək.
“Türk futbolu və bütün regionumuz üçün inqilabi addım atırıq”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






