Manikür ustası qonşularının evini PARTLATDI: İki nəfər REANİMASİYADA – FOTObackend

Manikür ustası qonşularının evini PARTLATDI: İki nəfər REANİMASİYADA – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada manikür ustası narkotik yuvası olduğunu düşündüyü qonşularını yatarkən partladıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Novosibirsk vilayətində 40 yaşlı manikür ustası qonşusunun evində narkotik istifadəçiləri üçün məkan təşkil edildiyini düşünərək mənzilə partlayıcı qurğu atıb.

Məlumata görə, Yevgeni adlı kişi yerli gözəllik salonunda işləyib. Boş vaxtlarında isə həmfikirləri ilə birlikdə narkotik asılılığı olan şəxslərin toplaşdığı yerləri axtarıb. O, bu məşğuliyyəti barədə yaxınlarına da danışıb.

Kişi uzun müddətdir qonşusu ilə münaqişə yaşayırmış. Gecə saatlarında qonşusunun kilidlənməmiş qapısından mənzilə daxil olaraq qadının sevgilisi ilə birlikdə yatdığı çarpayının üzərinə əldəqayırma partlayıcı qurğu atıb. Partlayışdan sonra mənzildə yanğın başlayıb.

Zərərçəkənlər xilas edilib, iki nəfər reanimasiyaya yerləşdirilib. Hücum edən şəxs saxlanılıb və hadisə ilə bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az