Mənzildə baş verən yanğında qadın və 20 pişik ÖLDÜbackend

Mənzildə baş verən yanğında qadın və 20 pişik ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalininqradda mənzildə baş verən yanğında qadın və 20 pişik ölüb.

İnterpress.az xəbər verir ki, Rusiyanın Kalininqrad şəhərində doqquzmərtəbəli yaşayış binasının dördotaqlı mənzilində yanğın baş verib. Hadisə zamanı mənzilin sahibi olan qadın həyatını itirib.

Məlumata görə, yanğın axşam saatlarında mənzildəki zibilin alışması nəticəsində başlayıb. Yanğınsöndürənlər mənzil sahibini huşsuz vəziyyətdə aşkarlayıblar. Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.

Mənzildə daşıma qəfəslərində saxlanılan 20 pişiyin heç birini xilas etmək mümkün olmayıb.

Yanğın zamanı binadan 17 nəfər təxliyə edilib. Daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Xuraman Etibarlı

İnterpress.az