Dəhşətli CİNAYƏT: Müəllim qadının anasını və iki yaşlı oğlunu ÖLDÜRDÜ – FOTObackend

Dəhşətli CİNAYƏT: Müəllim qadının anasını və iki yaşlı oğlunu ÖLDÜRDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqda riyaziyyat müəllimi qadının anasını və iki yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində 58 yaşlı qadın və onun 2 yaşlı nəvəsi qətlə yetirilib.

İlkin məlumata görə, cinayəti 32 yaşlı qadının 40 yaşlı birlikdə yaşadığı kişi törədib. Riyaziyyat müəllimi olduğu bildirilən şübhəli hazırda axtarılır.

Məlumata görə, 32 yaşlı qadın qan içində mənzildən qaçaraq kömək istəyib. Polis əməkdaşları mənzildə onun 58 yaşlı anasının meyitini aşkarlayıblar.

Qadının iki yaşlı oğlunun cəsədi isə soyuducuda tapılıb.

İlkin ehtimala görə, şübhəli qadına da hücum etməyə çalışıb, lakin o, qaçaraq canını qurtara bilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az