Efiopiyada silahlı qrupların hücumları nəticəsində 47 pravoslav xristian öldürülüb.
İnterpress.az xəbər verir ki, Efiopiyanın Oromiya bölgəsinin Şirka rayonunda kəndlərə silahlı hücumlar nəticəsində 47 pravoslav xristian öldürülüb.
Məlumata görə, hücum edənlər yerli sakinlərə divan tutub, yaşayış evlərini yandırıb və kənd icmalarının əmlakını qarət ediblər.
Qanlı hadisələr bir neçə gün ərzində baş verib.
Qurbanların qohumları iddia edirlər ki, hücumda yerli silahlı qruplar və qonşu Bale zonasından olan radikal qruplar iştirak edib.
Onlar həmçinin yerli hakimiyyət orqanlarını hərəkətsizlikdə günahlandırıblar.
Hücum zamanı yaxınlıqdakı Qobesa şəhərinin sakinləri polisə müraciət ediblər, lakin onlar iddia edirlər ki, polis əmrlərin olmamasını əsas gətirərək kömək etməkdən imtina edib.
Bir çox ailə evlərini və əmlaklarını itirib. Yerli sakinlər yanmış evlərin dağıntılarını təmizləyir və ölüləri dəfn etməyə hazırlaşırlar.
Xuraman Etibarlı
İnterpress.az






