İtaliyada iğtişaşları koordinasiya etməkdə şübhəli bilinən 30 yaşlı jurnalist SAXLANILDIbackend

İtaliyada iğtişaşları koordinasiya etməkdə şübhəli bilinən 30 yaşlı jurnalist SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada iğtişaşları təşkil etməkdə şübhəli bilinən jurnalist saxlanılıb.

İnterpress.az xəbər verir ki, İtaliya hakimiyyəti ölkədə iğtişaşların təşkili və koordinasiyasında şübhəli bilinən 30 yaşlı Yusif Siheri saxlayıb.

İtaliyada Mərakeşdən olan miqrant ailəsində dünyaya gələn Siher müstəqil jurnalist, politoloq və Fələstin tərəfdarı olan fəal kimi tanınır.

O, Milan Universitetində siyasi elmlər üzrə magistr təhsili alıb və burada müsəlman tələbələrin assosiasiyasına rəhbərlik edib.

2024-cü ildə İtaliyanın Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunda (ISPI) təcrübə keçib. Onun əsas tədqiqat istiqamətləri siyasi islam, Yaxın Şərq və Şimali Afrikadır.

İtaliya mediasının məlumatına görə, xüsusi xidmət orqanları 2024-cü ildə HƏMAS təbliğatı yaydığı bildirilən “Rising Dawn” təşkilatının yaradılmasından sonra Siherə diqqət yetirməyə başlayıb.

İstintaqın versiyasına əsasən, o, razılaşdırılmamış aksiyaların koordinasiyası üçün istifadə edilən Instagram və Telegram kanallarının administratoru olub.

Məlumata görə, şübhəlinin şəxsiyyəti Meta şirkətinin köməyi ilə IP ünvanları əsasında müəyyən edilib.

Xuraman Etibarlı

İnterpress.az