Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıbbackend

Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb.

DİN-in Mətbuat xidmətinin regional qrupundan İnterpress.az-a verilən xəbərə görə, 2021-ci il dekabrın 25-də Qəbələ rayonunda 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.