Deputatlığa namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidirbackend

Deputatlığa namizədliyi qeydə alınanların 305-i 25 siyasi partiyanın nümayəndəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə siyasi partiyaların qeydə alınan namizədlərinin sayı açıqlanıb.

İnterpress.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, 25 siyasi partiyadan 459 nəfərin namizədliyi verilib, onlardan 305-i qeydə alınıb.

İndiyədək ümumilikdə 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-nə təyin olunub.