Rusiyada miqrantlara bu işlər QADAĞAN OLUNACAQ – Yanvarın 1-dən…backend

Rusiyada miqrantlara bu işlər QADAĞAN OLUNACAQ – Yanvarın 1-dən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrantların işinə məhdudiyyətlər qoyulacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Rusiyada, xüsusən də Moskva vilayətində miqrantların işinə məhdudiyyətlər 2025-ci il yanvarın 1-dən tətbiq olunmağa başlayacaq.

Onlara dönər, spirtli içki, siqaret və qəlyan tütünü satmaq qadağan olunacaq.

“Moskva vilayətində 2025-ci il yanvarın 1-dən alkoqol və tütün məmulatlarının ticarəti, qeyri-stasionar pərakəndə satış obyektlərində küçə yeməkləri, sosial xidmətlər, eləcə də səhiyyə sahələrində patent əsasında xarici işçi qüvvəsinin cəlb edilməsinə qadağa tətbiq edilməyə başlayacaq”, – vilayət hökumətinin saytında deyilir.

Xuraman Etibarlı

İnterpress.az