Hillari Klinton sosial şəbəkələrdə yanlış post paylaşan amerikalıların həbs olunmasını istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton MSNBC telekanalında müsahibəsində deyib.
O, amerikalıların sosial şəbəkələrdə “səhv” yazılarına görə həbs edilməsinin zəruriliyindən danışıb.
“Onların mülki və ya cinayət məsuliyyəti ilə üzləşməsi ən yaxşı çəkindirici rol oynayacaq”, – Klinton qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az