İsraildə keçmiş yüksək vəzifəli təhlükəsizlik məmuruna qarşı “Hizbullah” terrorunun qarşısı alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
İsrailin Baş Təhlükəsizlik Xidməti (Şin Bet) yaxın günlərdə baş verməsi planlaşdırılan yüksək rütbəli təhlükəsizlik məmurunu hədəf alan terror aktının qarşısını alıb. Hücumun arxasında “Hizbullah”ın dayandığı bildirilir.
Əməliyyat zamanı 2023-cü ilin sentyabrında Təl-Əvivdə ölkənin ən böyük parklarından birinə hücumda “Hizbullah” tərəfindən istifadə edilən partlayıcı qurğu aşkarlanıb.
Əməliyyatın əlavə təfərrüatları hazırda açıqlanmır.
Xuraman Etibarlı
İnterpress.az