Bütün Livanda telefon və peycerlərin güclü partlayışları nəticəsində 30-a yaxın adam ölüb, 1000-ə yaxın adam yaralanıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Kadrlarda insanların omba nahiyəsində və partlayış zamanı rabitə vasitələrinin yerləşdiyi digər yerlərdə qollarında xarakterik xəsarətlər olduğunu görmək olar.
Livanın Böhran Əməliyyatları Mərkəzi bütün tibb işçilərindən təcili yardım üçün gələn çox sayda yaralı ilə məşğul olmaq üçün xəstəxanalarına getmələrini xahiş edib.
Xəbər verdiyimiz kimi, telefonun partlaması nəticəsində İranın Livandakı səfiri Müctəba Əməni də yaralanıb.
Xuraman Etibarlı
İnterpress.az