Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşan Serob Qasparyan  təqsirini etiraf etməkdən İMTİNA EDİBbackend

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşan Serob Qasparyan təqsirini etiraf etməkdən İMTİNA EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda hakimiyyəti ələ keçirməyə hazırlaşdıqları iddiasında həbs olunanlar təqsirini etiraf etməkdən imtina ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediasına vəkili Qurgen Qriqoryan məlumat verib.

Sentyabrın 18-də hakimiyyəti ələ keçirməyə hazırlaşdığı iddiası ilə həbs edilən “Sev Ovaz” (Qara Pantera) hərbi təşkilatının rəhbəri, birinci və ikinci Qarabağ müharibələrində azərbaycanlıların qanını tökən quldur Serob Qasparyan günahını etiraf etməkdən imtina edib.

“İş zamanı çoxlu insanlarla, ictimai təşkilatlarla əlaqə saxlayır, lakin bu, onun fəaliyyətinin qanunsuz olması demək deyil. Onun həm ABŞ-də, həm də başqa ölkələrdə əlaqələri ola bilər. Lakin bu cür əlaqələr məhkəmə prosesi üçün əsas ola bilməz”, – vəkil bildirib.

Xuraman Etibarlı

İnterpress.az