Pis hava şəraitində taksi sürücülərinə qiymət artımı QADAĞAN EDİLƏCƏKbackend

Pis hava şəraitində taksi sürücülərinə qiymət artımı QADAĞAN EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar və pis hava şəraitində taksi sürücülərinə qiymət artımı qadağan edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Dövlət Dumasının deputatları taksi haqqında mövcud qanuna düzəlişlər layihəsi hazırlayıblar.

Təklif olunan normalar arasında fövqəladə hallar və təbii fəlakətlər zamanı əsassız qiymət artımına qadağa da daxildir.

Sürücülərə iş zamanı avtomobilin istənilən rəngindən istifadə etmək icazəsi verilə bilər, damda yalnız işıq qalır.

Qeyd edək ki, hazırda tələbatın artdığı vaxtlarda taksinin qiyməti 3-5 dəfə qalxır.

Xuraman Etibarlı

İnterpress.az