SEPAH öz hərbçilərinə hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Livanda belə cihazların silsilə partlayışlarından sonra öz hərbçilərinə hər hansı texniki rabitə vasitələrindən istifadə etməyi qadağan edib.
Nəşrin məlumatına görə, SEPAH nəinki rabitə vasitələrinə, demək olar ki, bütün texniki avadanlıqlara genişmiqyaslı yoxlamaya başlayıb.
Xuraman Etibarlı
İnterpress.az